YAP və ETSN Beynəlxalq Yer Günü münasibətilə birgə ağacəkmə aksiyası keçirib  

YAP və ETSN Beynəlxalq Yer Günü münasibətilə birgə     ağacəkmə aksiyası keçirib        

Aprelin 23-də Yeni Azərbaycan Partiyası (YAP) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) birgə təşkilatçılığı ilə Beynəlxalq Yer Günü münasibətilə ağacəkmə aksiyası keçirilib.        

Bakı-Şamaxı yolunun Müşfiqabad qəsəbəsi ərazisində keçirilən aksiyada YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Milli Məclisin deputatları, YAP İdarə Heyəti, Təftiş Komissiyası, Gənclər Birliyinin üzvləri, YAP Mərkəzi Aparatının əməkdaşları, partiya fəalları və ETSN-in nümayəndələri iştirak ediblər.        

Aksiya çərçivəsində Müşfiqabad qəsəbəsi ərazisində 3 hektar sahədə 2000-dən çox müxtəlif növ ağac, əsasən zeytun və Eldar şamı əkilib.        

Beynəlxalq Yer Günü 190-dan çox ölkədə, o cümlədən Azərbaycanda qeyd olunur. Hər il bu əlamətdar gün ilə əlaqədar dünyada milyonlarla insan müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağac əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyir.